AZ

Bayram bazarlığı neçəyə başa gələcək? — Qiymətlər

Bu il Ramazan Bayramı ilə Novruz Bayramının eyni dövrə təsadüf etməsi bazarlarda xüsusi canlanma yaradıb. Bayram süfrəsini hazırlamaq istəyən sakinlər artıq indidən bazarlara və yarmarkalara üz tutaraq müxtəlif ərzaq məhsulları alırlar.

Aktual.az BAKU.WS-ə istinadən xəbər verir ki, bazarlarda ət məhsulları əsasən regionlardan gətirilir. Bərdə, Ağcabədi və Beyləqan rayonlarından gətirilən quzu ətinin kiloqramı 24 manat, mal ətinin kiloqramı isə 21 manat civarında təklif olunur.

Kənd toyuğu və digər quş əti məhsulları da müxtəlif rayonlardan bazarlara gətirilərək alıcılara təqdim edilir. Qiymətlər isə 8-10 manat aralığında dəyişir.

Quru meyvə və çərəz piştaxtalarında da bolluq müşahidə olunur. Aş üçün istifadə olunan məhsullar arasında alça təxminən 6 manat, kişmiş 7–10 manat, quru ərik isə 8 manatdan başlayan qiymətlərlə satılır. Digər çərəzlərin qiyməti isə növündən asılı olaraq dəyişir: qabıqlı qozun kiloqramı 11 manat, fındıq ləpəsi 22 manat, badam 7 manat, innab 5 manat, iydə 7 manat, şabalıd isə təxminən 12 manatdır.

Novruz süfrəsinin əsas yeməklərindən biri olan plov üçün istifadə edilən düyünün qiyməti isə 3–4 manat arasında dəyişir. Meyvə və tərəvəz piştaxtalarında həm mövsümi, həm də qeyri-mövsümi məhsullar satışa çıxarılıb.

Ümumilikdə hesablamalara görə, 3–4 nəfərlik bir ailənin bayram bazarlığı orta hesabla 200-250 manata başa gəlir. Məbləğ isə seçilən məhsulların çeşidindən və miqdarından asılı olaraq dəyişə bilər

Seçilən
5
1
ulusum.az

2Mənbələr