AZ

Abbas Əraqçi: "Rəsmi Tehran atəşkəs tələb etməyib, müharibənin sonu qəti olmalıdır"

Rəsmi Tehran atəşkəs tələb etməyib, müharibənin sonu qəti olmalıdır.

Far.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu sözləri İranın XİN rəhbəri Abbas Əraqçi bildirib.

"İran atəşkəs tələb etməyib və İsrail və ABŞ ilə müharibənin qəti şəkildə sona çatmasını təmin etmək istəyir" -deyə o qeyd edib.

Əraqçi onu da bildirib ki, Hörmüz boğazı yalnız "düşmənlər və onların təcavüzünü dəstəkləyənlər" üçün bağlıdır.

Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin əlavə edib ki, müharibədə iştirak etməyən dövlətlər İran silahlı qüvvələrinin koordinasiyası və icazəsi ilə gəmilərini boğazdan keçirə biliblər.

Seçilən
0
1
far.az

2Mənbələr