AZ

Neft durmadan bahalaşır

Yaxın Şərqdəki gərginlik səbəbindən neft qiymətləri yeni həftəyə yenə yüksəliş ilə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Brent markalı xam neftin fyuçerslərinin qiyməti 2,7 faiz artaraq bir barel üçün 105,87 dollara çatıb.

ABŞ-ın Qərbi Texas Aralıq nefti isə 1,7 faiz artaraq bir barel üçün 100,36 dollar olub.

Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları ilə Tehranın Hörmüz boğazından gəmiçiliyi dayandırması və qlobal neft tədarükünün beşdə birini kəsməsi səbəbindən hər iki müqavilə bu ay 40 faizdən çox artaraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Seçilən
23
publika.az

1Mənbələr