AZ

Azərbaycanda qadın böyrək köçürüldükdən sonra 2 uşaq dünyaya gətirib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 mart, AZƏRTAC

Tanınmış cərrah-transplantoloq və uroloq, tibb elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilən böyrək transplantasiyası əməliyyatından sonra 33 yaşlı qadın iki uşaq dünyaya gətirib.

Bu barədə AZƏRTAC-a Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyasından məlumat verilib. Azərbaycanda böyrək köçürülməsi əməliyyatı keçirmiş qadının iki sağlam uşaq dünyaya gətirməsi ölkə təbabətində uğurlu hadisə hesab olunur.

Xroniki böyrək xəstəliyi olan pasiyentlər üçün böyrək transplantasiyası hazırda ən effektiv və optimal müalicə strategiyasıdır. Transplantasiyadan sonra xəstələr müəyyən müşahidə və həyat tərzlərində edilən cüzi korreksiya ilə tam normal həyata qayıda bilirlər. Böyrək köçürülməsi keçirmiş qadınların hamiləlik təqibi isə xüsusi tibbi protokollar əsasında nəzarətdə saxlanılır.

Tibb elmləri doktoru Rəşad Şolanın rəhbərlik etdiyi həkim briqadasının Nefrologiya bölməsi bu sahədə geniş klinik təcrübəyə malikdir.

Bununla yanaşı, ölkəmizdə böyrək transplantasiyasından sonra hamiləlik mövzusunda aparılan ilk sistemli elmi tədqiqatlar da Rəşad Şolan və həmkarları tərəfindən həyata keçirilib. Sözügedən analitik araşdırma 2024-cü ildə TAJEV (“Türk-Alman Jinekoloji Eğitim, Araştırma ve Hizmet Vakfı”) və 2025-ci ildə MESOT (“Middle East Society of Organ Transplantation”) konqreslərində məruzə olunub.

Tədqiqatın yekun elmi nəticələri beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu “Experimental and Clinical Transplantation” jurnalında dərc edilib. Məqalə “PubMed”, “Web of Science” və “Scopus” kimi aparıcı elmi bazalarda indekslənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
azertag.az

4Mənbələr