AZ

Ələt Azad İqtisadi Zonasının investisiya potensialı İtaliya nümayəndə heyətinə təqdim edilib

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançeskonun rəhbərlik etdiyi və səfirliyin birinci katibi Marvin Seniqanın da daxil olduğu nümayəndə heyəti ilə Ələt Azad İqtisadi Zonasının (AİZ) Səlahiyyətli Qurumunun rəhbərliyi arasında görüş keçirilib.

Ələt AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov zonanın investisiya potensialını təqdim edərək, unikal hüquqi bazanın, infrastrukturun, sənaye sahələrinin, habelə vergi və inzibati güzəştlər sisteminin mövcudluğunu qeyd edib.

Səfir Luka Di Canfrançesko zonanın ekstraterritorial statusunun və Səlahiyyətli Qurumun inzibati müstəqilliyinin biznes üçün etibarlı platforma yaratdığını, infrastrukturun isə xarici investisiyaların cəlb edilməsi üçün mühüm amil olduğunu vurğulayıb.

Görüşün yekununda tərəflər gələcək əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Seçilən
10
vergiler.az

1Mənbələr