AZ

“Fənərbağça”nın müdafiəçisini “Atletiko” istəyir

“Fənərbağça”nın sol cinah müdafiəçisi Arçi Braun karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, 23 yaşlı ingiltərəli futbolçu Madrid “Atletiko”sunun maraq dairəsinə düşüb.

“Atletiko”nun yay transfer pəncərəsində “Fənərbağça”ya rəsmi keçid təklifi göndərəcəyi gözlənilir.

Qeyd edək ki, 2025-ci ilin yayından İstanbul təmsilçisinin formasını geyinən Arçi Braun “sarı-lacivərdlilər”in heyətində keçirdiyi 30 rəsmi oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
1
3
msport.az

4Mənbələr