
Böyük Britaniyada Yaxın Şərqdəki münaqişə səbəbindən təxminən 104 min insanın işini itirmək riski ilə üzləşə biləcəyi bildirilir.
Missiya.Az xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” qəzeti yayıb.
İqtisadçıların qənaətinə görə, regiondakı hərbi əməliyyatların nəticələri ölkədə işsizliyin artmasına səbəb ola bilər. Artıq ölkədə işsizlik beş ilin maksimumu olan 5,2%-ə çatıb.
ING investisiya bankının nümayəndəsi Ceyms Smit bildirib ki, enerji qiymətləri yüksəlməyə davam edərsə, işəgötürənlər ixtisarlara əl atmaqla itkiləri kompensasiya etməyə məcbur olacaq:
"Enerji qiymətlərinin nə qədər yüksək qalması işsizliyə birbaşa təsir edəcək. Əgər fasilələr təxminən üç ay davam edərsə, işsizlik səviyyəsi 5,5%-i keçəcək", – Smit vurğulayıb.
Seyranə QuliyevaMissiya.Az