AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə növbəti “D” lisenziyalı məşqçi kursları keçiriləcək.
Fanat.Az xəbər verir ki, proses 17-19 mart tarixlərində baş tutacaq.
Təcrübəli təlimatçılar müraciət edənlər arasından seçilmiş 25 iştirakçıya nəzəri və praktiki dərslər keçəcək, öz biliklərini onlarla bölüşəcəklər.
Kursun sonunda təlimləri uğurla başa vuran iştirakçılara AFFA-nın “D” lisenziyaları veriləcək, tədris və təşkilati işlərdə fərqlənənlərə Bakı Futbol Federasiyasının təşəkkürnamələri təqdim olunacaq.