AZ

Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirlyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxi 8 kvadratmetr sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Seçilən
2
24
hafta.az

10Mənbələr