AZ

Azərbaycanın boks millləri beynəlxalq turnirdə mübarizə aparacaqlar

Martın 17-də Macarıstanın Debretsen şəhərində kişi və qadın boksçular arasında beynəlxalq turnir start götürəcək.

Apasport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Debretsendə məşqçilər Rafiq İsmayılovla Rəhim Allahverdiyevin rəhbərliyi altında rinqə Amin Məmmədzadə (55 kq), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kq), Abbasqulu Şadlinski (75 kq), Həsən Osmanlı (80 kq), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kq), Zeynəb Rəhimova (54 kq) və Emili Rzayeva (60 kq) çıxacaqlar.

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

"Adriatik incisi" beynəlxalq turniri: Azərbaycandan 9 boksçu yarışacaq

Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Ölkə çempionatında qız boksçuların yarışı başa çatıb

Boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazanıb

Seçilən
6
50
apasport.az

10Mənbələr