2025-ci ildə Azərbaycanda doğulan bir körpəyə portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun adı verilib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu təsdiq edən məlumata Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin saytında rast gəlmək mümkündür.
Nazirliyin veb-saytının axtarış hissəsində məşhur futbolçunun adını yazarkən 2025-ci ildə bir vətəndaşımızın "Ronaldo" adlandırıldığı öz təsdiqini tapır.
Məlumat üçün əlavə edək ki, 41 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edir.
Milli.Az