AZ

KU Leuven Universitetində keçirilən beynəlxalq tədbirdə ölkəmiz təmsil edilib

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyası Belçikanın KU Leuven Universitetinin Brüssel kampusunda keçirilən “Beynəlxalq gün”də (“International Day”) ölkəmizi təmsil edib.

XQ xəbər verir ki, tədbirdə qurulan guşədə Azərbaycan haqqında müxtəlif informasiya materialları və ölkəmizin mədəni irsini əks etdirən nümunələr sərgilənib. Tələbələrin ifasında milli rəqslərimiz xüsusi maraqla qarşılanıb.

İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının üzvləri Azərbaycan guşəsi ilə maraqlanan tədbir iştirakçılarına multikultural dəyərlərə malik olan ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, turizm potensialı barədə ətraflı məlumat veriblər, sualları cavablandırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr