AZ

Günəşdə 32 dəqiqə davam edən güclü partlayış baş verdi

Günəşdə 32 dəqiqə davam edən güclü partlayış baş verib

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Günəşdə gücünə görə sondan əvvəlki sinfə aid partlayış qeydə alınıb. Tətbiqi Geofizika İnstitutundan verilən məlumata görə, təbiət hadisəsi düz 32 dəqiqə davam edib.

Əlavə olaraq qeyd edək ki, Günəşdə baş verən bu cür partlayışlar adətən Yer kürəsində maqnit qasırğalarına səbəb olur. Həmin qasırğalar isə öz növbəsində rabitə və naviqasiya sistemlərinin işində fasilələr yarada, eləcə də meteohəssas insanların səhhətinə mənfi təsir göstərə bilər. Məhz buna görə də mütəxəssislər belə günlərdə sağlamlığa xüsusi diqqət yetirməyi və risklərdən qorunmağı tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
36
interpress.az

1Mənbələr