AZ

Yuxu iflicinə ən çox nə səbəb olur? Həkimdən AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Həkim-nevroloq Mariya Lavrenova bildirib ki, arxası üstə yatmaq yuxu iflicinin yaranma ehtimalını daha çox artırır. Onun sözlərinə görə, yuxu iflici insanın şüurlu olduğu halda hərəkət edə və danışa bilmədiyi qorxulu bir vəziyyətdir.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Mütəxəssis qeyd edib ki, yuxu iflici şüur və hərəkət arasında qısa müddətli uyğunsuzluq nəticəsində yaranır. Yuxunun sürətli fazasında (REM fazası) beyin müvəqqəti olaraq əzələlərin tonusunu “söndürür”. Lakin bəzi hallarda bu mexanizm düzgün işləmədikdə insan reallıqla yuxu arasında “donub qalır”. Bu zaman hallüsinasiyalar və kənar birinin varlığı hissi də yarana bilər.

Nevroloqun sözlərinə görə, bu hal ən çox arxası üstə yatarkən baş verir. Araşdırmalar göstərir ki, belə vəziyyətdə boğaz və dil əzələlərinin boşalması nəticəsində tənəffüs yolları qismən bağlana bilər. Bu isə xoruldama və gecə apnesinə səbəb olur və bəzi hallarda yuxu iflicini tetikləyir.

Həkim əlavə edib ki, yuxu iflicinin əsas səbəblərindən biri stress hormonu olan kortizolun səviyyəsinin yüksəlməsidir. Bu hormonun miqdarındakı dəyişikliklər yuxunun strukturunu poza bilər.

Mütəxəssis problemin qarşısını almaq üçün gündə 7-9 saat yatmağı, sabit yuxu rejiminə riayət etməyi və yatmazdan bir saat əvvəl telefondan istifadə etməməyi tövsiyə edir. Həmçinin günün ikinci yarısından sonra kofein qəbulunun azaldılması da vacib hesab olunur, çünki bu maddə sinir sistemini həddindən artıq stimullaşdıra bilər.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
redaktor.az

2Mənbələr