AZ

“Liverpul” yetirməsi ilə vidalaşır?

“Liverpul”un yetirməsi Kertis Consun komandadakı gələcəyi sual altındadır.

Msport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi gələn ilin iyununda başa çatacaq və tərəflər hələ də yeni sözləşmə barədə razılığa gələ bilməyiblər.

Müqavilə müddətinin bitməsinə az qalması bir neçə klubu hərəkətə keçirib. Artıq yanvar ayında “İnter” və “Tottenhem” futbolçunun transferi ilə maraqlanıblar.

Qeyri-müəyyənliyin əsas səbəbi futbolçunun az oyun şansı qazanmasıdır. Doğma klubunda 200-dən çox oyuna çıxsa da, Dominik Soboslay və Aleksis Makallister kimi oyunçularla rəqabət Consun start heyətindəki yerini itirməsinə səbəb olub. O, daha mütəmadi olaraq ilk “11-lik”də yer almaq niyyətindədir.

Qeyd edək ki, Kertis Cons bu mövsüm 36 matçda iştirak edib. Əsasən ehtiyat oyunçular skamyasından meydana daxil olan yarımmüdafiəçi bu görüşlərdə iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
1
3
msport.az

4Mənbələr