AZ

İran XİN bir neçə ölkənin gəmilərinin Hörmüz boğazından keçdiyiniTƏSDİQLƏDİ

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, bir neçə ölkədən gələn gəmilər Hörmüz boğazından Tehranın icazəsi ilə keçib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

O, SNN kanalında yayımlanan brifinqdə bildirib ki, ölkələr İran İslam Respublikası ilə koordinasiya edərək gəmiləri ilə Hörmüz boğazından keçiblər və bu, Tehranın məsuliyyətli yanaşmasını nümayiş etdirir.

Diplomatın sözlərinə görə, son günlər müşahidə edilən hadisələr ABŞ və İsrail tərəfindən bölgədə başlanan müharibənin nəticəsidir.

Bəqai vurğulayıb ki, İran milli təhlükəsizliyi təmin etmək və təcavüzkarlar və onların müttəfiqləri tərəfindən bu su yolundan sui-istifadənin qarşısını almaq üçün lazımi tədbirləri görmək hüququna malikdir.

Bundan əvvəl Bloomberg Pakistan tankerinin Hörmüz boğazından təhlükəsiz şəkildə keçdiyini bildirib. Həmçinin NDTV televiziya kanalı mayeləşdirilmiş təbii qaz daşıyan iki Hindistan tankerinin də boğazdan uğurla keçdiyini xəbər verib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr