AZ

Paris Aİ adından Ukraynaya dəstək verəcəyinə söz verdi

Fransanın xarici işlər naziri Jan-Noel Barro hesab edir ki, İranla bağlı hadisələr Avropa İttifaqının diqqətini Kiyevə yardım göstərməkdən yayındırmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Interfax" agentliyi məlumat yayıb.

Barro Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə bildirib ki, Yaxın Şərqdə baş verən nəzarətsiz və təhlükəli hərbi eskalasiya Ukraynaya dəstək məsələsini gündəmdən çıxarmır.

Onun sözlərinə görə, Aİ iki istiqamətdə böyük səylər göstərməyə davam edir – Ukraynaya yardım göstərmək və Rusiyaya təzyiqi artırmaq.

Nazir xatırladıb ki, Emmanuel Makron 13 martda Parisdə Volodimir Zelenskini qəbul edərkən Ukraynaya həm hərbi, həm də maliyyə dəstəyi verəcəyinə söz verib.

Barro həmçinin Ukrayna üçün 90 milyard avroluq kreditlə bağlı razılığa gəlmək üçün güclü siyasi iradənin olduğunu bildirib və qeyd edib ki, bu vəsait ölkəni növbəti iki il ərzində maliyyə çətinliklərindən qorumağa kömək edə bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
41
1
redaktor.az

2Mənbələr