AZ

Azərbaycanın telekommunikasiya şirkətinin kapitalı böyük məbləğdə azaldılıb

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Aznet Technologies" MMC-nin nizamnamə kapitalı 6 milyon 3 min manatdan çox azaldılıb.

"“Aznet Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 6 milyon 3 min 836 manat həcmində azaldılaraq 3 milyon 96 min 154 manat müəyyən edildiyini elan edir. Kreditorlar tələblərini Cəmiyyətin hüquqi ünvanına göndərə bilərlər", - Şirkətin Bildirişində deyilir.

"Aznet Technologies" 9 milyon 99 min 990 manat nizamnamə kapitalına malik idi. 

Qeyd edək ki, “Aznet Technologies” MMC Azərbaycanın telekommunikasiya şirkətlərdən biridir. "Aznet Technologies" Bakı və Abşeron yarımadasında, respublikanin müxtəlif yerlərində və xüsusi olaraq Qarabağda fəaliyyət göstərir. Şirkət Fiber Optik (GPON) xətlərlə təmin olunan sürətli internet, Statik IP, IP Telefoniya, VLAN, Data Port, LİF və AİK xidmətləri təklif edir. 

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
marja.az

2Mənbələr