AZ

Atletiko hücumçusunu Barselona ya satmayacaq

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Atletiko" rəhbərliyi Xulian Alvaresi "Barselona"a satmağı planlaşdırmır.

Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, Madrid klubu La Liqadakı birbaşa rəqibini gücləndirməyə qəti şəkildə qarşıdır.

Bununla belə, paytaxt nəhəngi İngiltərənin aparıcı klublarından 100 milyon avrodan artıq təklif alacaqları halda mövqelərini dəyişə bilərlər. Xüsusilə, 26 yaşlı hücumçu ilə Londonun "Arsenal" və "Çelsi" FC klubları maraqlanır.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Xulian Alvares cari mövsümdə bütün turnirlərdə 42 oyun keçirib, 16 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid təmsilçisi ilə mövcud müqaviləsi 2030-cu ilin yayınadək qüvvədədir.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
sportal.az

2Mənbələr