AZ

Azərbaycan Qazaxıstana sarımsaq tədarükünü bərpa edib

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ötən il Azərbaycandan xaricə 346,2 min ABŞ dolları dəyərində 242,7 ton sarımsaq göndərilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 339,1 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 58 % çox) 242,2 ton (+57 %), Səudiyyə Ərəbistanına 6,9 min ABŞ dolları dəyərində (-82 %) 0,3 ton (-85 %) və Qazaxıstana 0,2 min ABŞ dolları dəyərində 0,15 ton məhsul idxal edilib.

Azərbaycan 5 il 10 ayın tamamında Qazaxıstana sarımsaq tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 978 ton sarımsağın 44,4 %-i Çinin, 37 %-i İranın payına düşüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr