AZ

İsrail ordusu İranla müharibə planlarını açıqlayıb

İsrail ordusunun növbəti üç həftə ərzində İranla müharibə üçün ətraflı əməliyyat planları, eləcə də daha uzun müddət üçün əlavə planları var.

Azreform.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bunu İDF (SAXAL) sözçüsü polkovnik-leytenant Nadav Şoşani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, məqsədi İranın İsraili ballistik raket infrastrukturuna, nüvə obyektlərinə və təhlükəsizlik qüvvələrinə zərbə vurmaqla təhdid etmək qabiliyyətini zəiflətməkdir.

Şoşani deyib: "Biz bu rejimi mümkün qədər zəiflətmək istəyirik ki, onun bütün imkanlarını, bütün bölmələrini və təhlükəsizlik sisteminin bütün hissələrini zəiflədək", - deyə Şoşani bildirib.

Hərbi rəsmilər İranda hələ də minlərlə hədəfə zərbə endirməli olduqlarını bildirirlər.

Ötən həftə ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda zərbə endirmək üçün "demək olar ki, artıq" hədəf qalmayıb.

Seçilən
22
3
azreform.info

4Mənbələr