ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"ARTİ tərəfindən hazırlanan yeni nəsil dərsliklər tamamilə orijinaldır, köçürmə, tərcümə yoxdur".
Redaktor.az xəbər verir ki, bunu "Teleqraf"a müsahibəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Tədris resursları şöbəsinin baş mütəxəssisi Gülnar Aşurova söyləyib.
Onun sözlərinə görə, dərsliklər məzmun standartlarından kənara çıxmır: "Əlbəttə, biz təhsil sistemlərində yüksək nailiyyət əldə etmiş dövlətlərin kurikulumları və dərsliklərini araşdırır, müzakirə edirik. Bəzi mövzularda yeni anlayışlar əlavə oluna bilər, lakin dediyim kimi, onlar tərcümə və ya köçürmə ilə tərtib olunmur", – deyə o bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.