AZ

İranın zərbələrindən sonra Dubay Real Əmlak İndeksi 30 faiz ucuzlaşıb

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fevral ayının sonunda başlayan və ABŞ ilə İran arasında kəskin hərbi qarşıdurmaya çevrilən münaqişə Körfəz regionunun iqtisadiyyatına ciddi təsir göstərib.

Yeniavaz.com xəbər verir ki, bu təsirlərdən biri də Dubayın uzun illər sürətlə böyüyən daşınmaz əmlak bazarında müşahidə olunur.

İranın Birləşmiş Ərəb Əmirliklərinə, o cümlədən Dubaya raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində mənzil bazarında qeyri-müəyyənlik yaranıb.

Bildirilir ki, Dubayın daşınmaz əmlak bazarında kəskin eniş qeydə alınıb. Dubay Real Əmlak İndeksi (Dubai Financial Market Real Estate Index - DFMREI) fevralın 28-dən bəri təxminən 30 faiz ucuzlaşıb. İndeks fevralın 28-də 16 140 bənd səviyyəsində olduğu halda, cümə günü ticarətin bağlanışı zamanı təxminən 11 500 bəndə qədər geriləyib. Bu, 2025-ci ilin aprelindən bəri ən aşağı göstərici hesab olunur.

Qeyd edək ki, Dubay Real Əmlak İndeksi Dubay Fond Birjasında listinqdə olan daşınmaz əmlak və tikinti şirkətlərinin səhmlərinin ümumi performansını ölçən bir maliyyə göstəricisidir.

Bu indeks Dubaydakı evlərin qiymətini deyil, həmin evləri tikən və satan nəhəng şirkətlərin birjadakı səhmlərinin dəyərini göstərir. İndeks, investorların Dubay daşınmaz əmlak sektoruna olan inamını əks etdirir. Əgər investorlar sektorun gələcəyini parlaq görürlərsə, şirkətlərin səhmlərini alırlar və indeks yüksəlir. Əksinə, iqtisadi və ya geosiyasi risklər artdıqda indeks aşağı düşür.

Artan təhlükəsizlik riskləri beynəlxalq şirkətlərin fəaliyyətinə də təsir edib. “Citigroup”, “Deloitte” və PwC kimi iri şirkətlər Dubaydakı ofislərini müvəqqəti bağlayıb və əməkdaşlarına ölkəni tərk etməyi tövsiyə edib.Elnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
yeniavaz.com

2Mənbələr