AZ

Peskov: Ukrayna böhranının həlli ilə bağlı yeni danışıqlar raundu gözləyirik

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı yeni danışıqlar raundunun keçiriləcəyini gözlədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, hazırda amerikalı danışıqlar aparan şəxslərin fərqli prioritetləri var.

Peskov paytaxt Moskvada jurnalistlərin cari məsələlərlə bağlı suallarını cavablandırarkən deyib: “Hazırda amerikalı danışıqlar aparan şəxslərin fərqli prioritetləri var. Onların digər sahələrdə də görəcəkləri işlər var”.

O, həmçinin Donald Trumpın İranla bağlı müharibə səbəbindən Ukrayna böhranının həlli prosesinə marağını itirməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Peskovun sözlərinə görə, Trampın son açıqlamaları bunun əksini göstərir: “Tramp bu prosesə marağını itirməyib. Əksinə, o, Volodimir Zelenskiyə razılığa gəlməyi qəti şəkildə tövsiyə edir. Bu açıqlamalar göstərir ki, danışıqlar prosesində ən böyük maneə Ukrayna tərəfidir.”

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
icma.az

2Mənbələr