AZ

Aparıcı bədii kollektivlərin bölgələrə qastrol proqramı başlayıb ilk dayanacaq Ağdam oldu

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ağdam, 16 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramına start verilib. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qastrol proqramı çərçivəsində Ağdam şəhərindəki Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub.

Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə keçən konsert proqramında bəstəkar və xalq mahnıları ifa edilib.

Qeyd edək ki, mart ayında qastrol proqramı Ağdamla yanaşı Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edəcək.

Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri martın 17-də Laçında “LaCinema” kinoteatrında konsert proqramı ilə çıxış edəcək.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası martın 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında olacaq.

Martın 28–29-da isə Mingəçevirdə - Heydər Əliyev Mərkəzində və Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, solistləri və xor kollektivi proqram təqdim edəcək.

Müxbir – Tahir Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
5
azertag.az

10Mənbələr