AZ

Macarıstan mediası: Hörmüz boğazının bağlanması qlobal neft bazarını sarsıdır

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

İran ətrafında gərginliyin artması və Hörmüz boğazının faktiki bağlanması dünya enerji bazarında ciddi böhrana səbəb olub.

AZƏRTAC Macarıstanın “Index.hu” nəşrinə istinadən xəbər verir ki, bu strateji dəniz yolu qlobal neft tədarükünün təxminən beşdə birinin daşındığı əsas marşrut hesab edilir.

İranın hərbi əməliyyatlar fonunda boğazdan keçən tankerlərə qarşı təhlükə yaratması nəticəsində dəniz nəqliyyatı demək olar ki, dayanıb və çoxlu sayda gəmi bölgə yaxınlığında gözləmək məcburiyyətində qalıb. Bu vəziyyət qlobal enerji bazarında böyük qeyri-müəyyənlik yaradıb və neft qiymətlərinin kəskin artmasına səbəb olub.

Materialda həmçinin bildirilir ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq tərəfdaşları boğazda gəmiçiliyin bərpası üçün hərbi gəmilər göndərməyə çağırıb. Lakin hələlik bu təşəbbüsə neçə ölkənin qoşulacağı bəlli deyil.

“İndex.hu” vurğulayır ki, mövcud böhran uzanarsa, bu, təkcə neft bazarına deyil, qlobal ticarətə və dünya iqtisadiyyatına da ciddi təsir göstərə bilər. Ekspertlər isə enerji təchizatında yaranan fasilələrin yaxın aylarda qiymətlərin daha da yüksəlməsi riskini artırdığını bildirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
3
yeniazerbaycan.com

3Mənbələr