AZ

"QHT işi" üzrə təqsirləndirilən şəxsə hökm oxunub

"QHT işi" üzrə ittiham olunan “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Asiman Qocayevə 3 il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən Asiman Qocayev Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2-ci maddəsi ilə ittiham edilib. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Seçilən
11
26
aznews.az

10Mənbələr