AZ

Yüzlərlə vətəndaş oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edib

ain.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanın efir məkanında və mənəvi mühitində özünəməxsus yeri olan "İnam" verilişi Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin rəhbərliyi ilə  Ramazan ayında adi günlərdəki verilişlərdən fərqlənir. Belə ki, Ramazan ayında “İnam” verilişinə dəvət olunan tanınmış mənəviyyat adamları Ramazanın fəzilətləri, bu ayın rəhmət, şəfqət ayı olaraq insanlarımıza, xüsusilə gənclərimizə düzgün təbliğ edilməsi missiyasını öz üzərinə götürür.

Ölkədə insanların milli-mənəvi dəyərlərə köklənməsinə, cəmiyyətin aydınlanmasına və maariflənməsinə öz tövhəsini verən “İnam” tanınmış mədəniyyət xadimləri, sənət adamları ilə birgə insanlara doğruluğun aydın yolunu göstərmək, haqq ilə batili bir-birindən ayırmaq, Allah yolunda tutulan orucun vacibliyi, oruc tutan insanın həm mənən saflaşdığı, pisliklərdən, bəd əməllərdən, qeybətdən uzaq dayandığı, həm də fiziki cəhətdən sağlamlaşdığı barədə məlumatlandırırlar. “İnam” komandası Ramazan ayının başlandığı gündən bu məsuliyyətli vəzifənin öhdəsindən layiqi ilə gəlir. “İnam”ın bu layihəsində Azərbaycanın tanınmış siyasi, ictimai xadimləri, şair və yazıçıları, ilahiyyatçıları Ramazan ayının fəzilətindən irəli gələrək düşüncələri ilə insanların mənəvi dünyasına  işıq salır. Ölkənin dini mühitinə mesajlar verilir, gənc nəslə kənar təsirlərdən uzaq olmaq, dini mühitdə fitnə-fəsada yer olmadığı bir daha dilə gətirilir.

Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. “İnam” verilişinin əsas məqsədi milli və mənəvi dəyərlərin doğru və düzgün şəkildə insanlara aşılanmasıdır. 

Bu gün ehtimal olunan Qədr gecəsində inanclı insanların vəkaləti ilə oxunan Quranların xətmi də "İnam" a həvalə olunub. "İnam"ın işığında şəhidlərimizə və Ulu öndər Heydər Əliyevə, Akademik Zərifə Əliyevaya Quran  xətm olunacaq. Xətm edilən Quranın isə sonuncu duasını Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli həyata keçirəcək. 

Hər il yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edir. Bu Azərbaycanın dini mühitində bir ilk sayılır və  insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz “İnam”ın işığında xətm olunmasını istəyirlər.

Bütövlükdə Seyid Camal Əzimbəyliinin rəhbərliyi ilə "İnam" komandası gecə-gündüz bilmədən, hətta telekanalın binasından çıxmadan gələn on minlərlə sualı hətta yazılı şəkildə cavablandırmağa çalışdı. Hamıya bəllidir ki,  bu sualların hamısını efir vasitəsilə cavablandırmaq mümkün deyil.

Beləliklə, "İnam"ın timsalında dünya Azərbaycanda tolerantlığın, vəhdətin nümunəsini bir daha görmüş olur. "Space" televiziyası isə "İnam" verilişinə geniş efir imkanı yaratmaqla Azərbaycanın dövlət-din siyasətinə dəstəyini vermiş olur.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
525.az

1Mənbələr