AZ

Rəhman Mustafayev: 2026-cı ildə Rusiyadan Azərbaycana turist axınının bərpa olunmasını gözləyirik

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 2026-cı ildə Rusiyadan ölkəyə turist axınının bərpa olunacağına ümid etdiyini bildirib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, bu barədə Moskvada Azərbaycan Turizm Bürosunun təşkil etdiyi ölkəsinin turizm şirkətlərinin rusiyalı turizm agentləri ilə işgüzar görüşündə deyib.

"2024-cü ildə Rusiyadan bizə çox böyük turist axını var idi. Bu axın müəyyən səbəblərdən 2025-ci ildə azaldı. Lakin 2026-cı ilin yanvar ayının rəqəmləri göstərir ki, bu axının bərpa olunmasını gözləmək olar", - o qeyd edib.

Diplomat vurğulayıb ki, 2025-ci ilin yanvarında Azərbaycana Rusiyadan 41 min, 2026-cı ilin yanvarında isə 42 mindən çox turist səyahət edib.

2025-ci ildə Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı 615 min nəfər olub, 2024-cü ildə isə bu göstərici 730 min nəfər idi.

R.Mustafayev əlavə edib ki, son dərəcə gərgin beynəlxalq və regional vəziyyət şəraitində Azərbaycan kiçik bir sabitlik, təhlükəsizlik və rifah adası olaraq qalır.

Diplomat Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini söyləyib:

"Biz infrastrukturumuzun, o cümlədən hotellərin, regional marşrutların, turizm xidmətləri sahəsinin, inkişaf proqramlarının üzərində fəal şəkildə işləyirik".

Seçilən
39
far.az

1Mənbələr