ain.az, Olke.az portalına istinadən məlumat yayır.
İsrailin Baş naziri Binyamin Netanyahu İranla münaqişə fonunda artan dəstəkdən yararlanmaq və payızda keçirilməsi planlaşdırılan seçkilərdən əvvəl siyasi üstünlük qazanmaq üçün növbədənkənar parlament seçkiləri keçirməyi nəzərdən keçirə bilər.
Ölkə.Az xəbər verir ki, bu barədə Knessetdəki mənbələrə istinadən Al-Monitor nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Netanyahu seçkilərin 7 oktyabr 2023-cü il hücumlarının ildönümünə çox yaxın tarixdə keçirilməsini istəmir. Çünki belə halda seçki kampaniyalarının əsas mövzusu həmin hadisələrlə bağlı istintaq komissiyasının yaradılması tələbi ola bilər.
“Netanyahu istəmir ki, seçkilər 7 oktyabr terror hücumlarının ildönümünə çox yaxın keçirilsin. Belə olarsa, kampaniyalar istintaq komissiyasının yaradılması məsələsi üzərində qurula bilər. Görünür, baş nazir seçki kampaniyasını İranla müharibə zamanı əldə edilən nəticələr üzərində quracaq”, – deyə nəşrin mənbələrindən biri bildirib.
Qeyd olunur ki, İsrail lideri İrana qarşı zərbələrin hazırkı nəticələrindən siyasi dividend əldə etməyə çalışa bilər. Çünki əməliyyatın uzanmasının yeni nəticələr verməyəcəyi ehtimalı da nəzərə alınır.
Hazırkı qrafikə görə parlament seçkilərinin 2026-cı ilin oktyabrında keçirilməsi planlaşdırılır. Lakin həmin tarix seçilərsə, bu, hökumətin 7 oktyabr hücumlarının qarşısını ala bilməməsi ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb ola bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.