AZ

Azərbaycanda xəstəxana direktoru cərimələndi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlama aparıb.

Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, xəstəxana rəhbərliyi barəsində idarəetmə qaydaları əleyhinə olan inzibati xəta - yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlı protokol tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilib və işə məhkəmədə baxılıb. Araşdırma zamanı məlum olub ki, xəstəxana binası yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməyib. Bundan başqa, obyektin elektrik naqilləri Elektrik Qurğularının Quraşdırılması Qaydalarına (EQQQ) uyğun çəkilməyib.

Elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətinin yoxlanılması ilə bağlı akt da tərtib edilməyib. Eyni zamanda, obyektin tikintisində istifadə olunan taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması barədə sənəd təqdim olunmayıb. Bina norma və standartlara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və ümumilikdə binada cəmi bir ədəd odsöndürən balonun olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə "Quba Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Əliyar Sərvərov İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 manat məbləğində cərimə olunub.

Seçilən
8
10
moderator.az

10Mənbələr