AZ

4 övladı olan müəllim dəm qazının qurbanı olduVİDEO

Dəm qazı daha bir faciəyə səbəb olub. Bu dəfə bədbəxt hadisə Quba rayonunda baş verib.

Xezerxeber.az xəbər verir ki, mərhum Aytən Baxışova kənddə tanınan müəllimlərdən biri olub. O, Xucbala kənd məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib.

4 övlad anası olan müəllimin həm şagirdləri, həm də valideynlər arasında hörmət qazandığı bildirilir. Kənd sakinləri onun mehriban və qayğıkeş insan olduğunu deyirlər.

Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
70
xezerxeber.az

1Mənbələr