AZ

Lerçek yerimə və görmə qabiliyyətini itirib

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lerçek kimi tanınan rusiyalı bloger Valeriya Çekalina xərçəng xəstəliyinin ağırlaşması səbəbindən artıq yeriyə bilmir.

Axşam.az xəbər verir ki, ona mədə xərçənginin dördüncü mərhələsi diaqnozu qoyulub.

Məlumata görə, güclü ağrılar səbəbindən bloqer hərəkət etməkdə çətinlik çəkir. Həmçinin onun bir neçə fəqərəsi sınıb və kəllə qapağının sümüklərində zədələr aşkarlanıb.

Bundan əlavə, Çekalinanın bir gözü görmə qabiliyyətini itirib. Həkimlər ona beş seans şüa terapiyası təyin ediblər.

Bloqerin keçmiş həyat yoldaşı bildirib ki, onların övladları da analarının xəstəliyi barədə məlumatlıdır.

Qeyd edək ki, Lerçek bir ildən çoxdur ev dustaqlığında idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
axsam.az

1Mənbələr