AZ

Bakının bu prospektində yenilik

Tiflis prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə ərazi yeni görkəm alacaq.

Qeyd edilib ki, layihə çərçivəsində ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və 20 Yanvar dairəsi istiqamətində birbaşa çıxış təmin edilir:

"Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tiflis prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qalxacaq.

Seçilən
13
13
publika.az

10Mənbələr