AZ

Buzovnada tarixi qayalıqlar üzərində inşa edilən qanunsuz tikililərdən 4-ü niyə SÖKÜLMÜR?VİDEO

Buzovna qəsəbəsində dəniz kənarındakı bəzi qanunsuz tikililər hələ də sökülməyib...

Xezerxeber.az xəbər verir ki, sakinlərin iddiasına görə, hətta sökülməli olan bəzi tikililərdə yenidən artırma və təmir işləri gedir.

Şikayətçilər deyirlər ki, 4 il əvvəl Buzovna qayalıqları üzərində inşa edilən qanunsuz tikililərin sökülməsinə başlanıldı. Həmin ərəfədə Bakı şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin nəzarəti altında  11 qanunsuz tikili söküldü... Elə proses bununla da yekunlaşdı. Davamını görmədik. Qayalıqları zəbt edən 4 tikili hələ də yerində durmaqdadır.

Qəsəbə sakinləri deyirlər ki, ərazidə hələ də hasar çəkilir, işlər görülür.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən heç bir mövqe ala bilmədik. "Buzovna dənizkənarı qayalıqları Dövlət Təbiət Abidəsi" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarətində olduğu üçün nazirliklə əlaqə saxladıq. Bildirildi ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
45
1
xezerxeber.az

4Mənbələr