AZ

Xəzər Universitetinin 35 illik yubiley qeyd edilir

  Bu il Azərbaycan ali təhsil sistemində mühüm rol oynayanXəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edilir. 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitetkimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzindəAzərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsilmodeli elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldəedərək ölkənin aparıcı ali təhsil tədqiqat mərkəzlərindənbirinə çevrilib.

     Yubiley ili çərçivəsində17-19 mart tarixlərində silsilətədbirlərin təşkil olunması planlaşdırılır. 35 illik yubiləyə həsrolunmuş ilk tədbir mart ayının 17-də beynəlxalq əməkdaşlıqmühitində Hilton hoteldə keçiriləcək. Tədbirdə dövlət hökumət nümayəndələrinin, diplomatik korpus üzvlərinin, ölkənin dünyanın müxtəlif universitetlərinin rəhbərlərinin, akademik ictimaiyyətin, biznes tərəfdaşlarının, məzunların tələbələrin iştirakı gözlənilir.

     Yubiley mərasimi xüsusi bədii kompozisiya ilə başlayacaq. Xəzər Universitetinin tələbələrdən ibarət xor kollektivi kameraorkestrinin müşaiyəti ilə Azərbaycan Respublikasının DövlətHimnini səsləndiriləcək.Tədbir zamanı Xəzər Universitetininyaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əksetdirən film nümayiş olunacaq.

      Yubiley mərasiminin rəsmi hissəsində Xəzər Universitetinintəsisçisi Direktorlar Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının, rektor Razia xanım İsayevanın çıxışları, həmçinin dünyanın bir sıra aparıcı universitetlərinin rektorları, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan millətvəkilləri, ziyalılar, qonaqlar  təbrik nitqləri səsləndiriləcəklər.

Daha sonra xüsusi yubiley təltifləri təqdim ediləcək incəsənətxadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

  Xəzər Universitetinin 35 illik yubileyi yalnız keçilən yolunqeyd olunması deyil, həm universitetin gələcək inkişafistiqamətlərini qlobal akademik məkanla əməkdaşlığının dahada genişləndirilməsi məqsədini nümayiş etdirən əlamətdarhadisədir.

Seçilən
47
1
veteninfo.az

3Mənbələr