Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubunun azarkeşləri “Karlsrue” ilə ev oyunundan əvvəl möhtəşəm səhnə nümayiş etdiriblər.
Publika.az xəbər verir ki, bu barədə “Fussballmafia.de” məlumat yayıb.
Fanatlar tribunada 30 il əvvəl vurulan qolu canlandıraraq vizual tamaşa nümayiş etdiriblər.
“Qırmızı”ların azarkeşləri 1996-cı ildə Almaniya Kubokunun finalında vurulan qolu xatırladıblar. Həmin finalda onların sevimli komandaları “Karlstue”ni 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb. Martin Vaqner ilk hissənin sonlarında qələbə qolunu vuraraq, həmin mövsüm Bundesliqadan düşməsinə baxmayaraq, “Kayzerslautern”ə kuboku təmin edib.
“Karlsrue” ilə 30 il sonrakı oyun da “Kayzerslauter”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birini isə Mahir Emreli vurub.