AZ

“Bavariya“nın üzvü Nikolas Cekson iki oyunluq diskvalifikasiya edilib

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya Futbol İttifaqının (DFB) Nəzarət Komitəsi "Bavariya"nın hücumçusu Nikolas Ceksonu Bundesliqanın XXVI turunda "Bayer 04"ə qarşı keçirilən oyununda (1:1) aldığı qırmızı vərəqəyə görə iki oyunluq diskvalifikasiya edib.

Moderator.az xəbər verir ki, 24 yaşlı seneqallı futbolçu görüşün 41-ci dəqiqəsində rəqib komandanın vingeri Marten Terryenin topuğuna zərbə endirib. Bu səbəbdən hakim ona birbaşa qırmızı vərəqə göstərib.

Beləliklə, Cekson Bundesliqada "Union"a qarşı martın 21-də və "Frayburq"a qarşı aprelin 4-də keçiriləcək oyunları buraxacaq.

Qeyd edək ki, o, cari mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
2
moderator.az

3Mənbələr