AZ

Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəzləndi

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

Milli Olimpiya Komitəsindən (MOK) "Ölkə.az"a verilən məlumata görə, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.

Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara veriləcək.

Seçilən
10
15
olke.az

10Mənbələr