AZ

Ukraynanın xüsusi xidmətində şok əməliyyat: yüksək rütbəlilər 620 min dollarla yaxalandı

Ukraynanın Təhlükəsizlik Xidmətində (SBU) böyük korrupsiya qalmaqalı üzə çıxıb.

Musavat.com xəbər verir ki, yerli media məlumatına görə, Rivne vilayətində SBU rəhbərinin müavini və Kiyevdə SBU rəhbərinin müavini 620 min dollar məbləğində rüşvət alarkən saxlanılıblar.

İlkin məlumatlara əsasən, saxlanılan şəxslərin polkovnik Brik və Oleq Tokarçuk olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı rüşvət sxemində iştirak etdiyi iddia olunan daha bir nəfər – vasitəçi və “sxemin kassiri” kimi təqdim edilən Andrey Avdiyevski də saxlanılıb.

Mediada yayılan məlumatlara görə, rüşvət Rivne vilayətində kəhrəba (yantar) hasilatı ilə bağlı icazə sənədlərinin verilməsi müqabilində tələb olunub. Bildirilir ki, bu sahədə fəaliyyət göstərmək istəyən şəxslərdən böyük məbləğdə pul istənilib.


Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr