Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır.Universitetlərdə əməkdaşlara veriləcək bayram ödənişinin məbləği isə müxtəlifdir. Hər universitet öz imkanlarına uyğun olaraq əməkdaşlara fərqli məbləğdə vəsait ayırmağı nəzərdə tutur. BUTA.TV Azedu.az-a istinadən xəbər verir ki, universitet əməkdaşlarına ayrılan vəsaitin məbləğini öyrənmək üçün ali təhsil müəssisəsləri arasında sorğu keçirib. Sorğuya cavab olaraq Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, Novruz və Ramazan bayramları münasibətilə universitetdə çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verilib. Mingəçevir Dövlət Universitetinin (MDU) bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə 500 manat verilib. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün əməkdaşlara Novruz və Ramazan bayramları münasibətilə 450 manat verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz və Ramazan bayramları ilə əlaqədar universitetin bütün əməkdaşların bir aylıq əməkhaqqısının 40% mislində bayram hədiyyəsi yüklənilib. Bakı Mühəndislik Universitetinin (BMU) bütün əməkdaşlarına bayram münasibəti ilə 300 manat pul mükafatı veriləcək. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün əməkdaşlarına bayram münasibəti ilə 200 manat veriləcək. Lənkəran Dövlət Universitetinin (LDU) professor müəllim heyətinə 315, inzibati heyətə 190 manat mükafat ayrılıb. Azərbaycan Texniki Universitetinin (AzTU) bayram münasibətilə əməkdaşların mükafatlandırılması nəzərdə tutulub.Məbləğ isə hələ açıqlanmayıb. Azərbaycan Turizm və Menecement Universitetində (ATMU) Novruz bayramı münasibəti ilə professor-müəllim və inzibati heyyətə mükafat verilib. Məbləğ məsələsinin isə konfedensial olduğu üçün açıqlanmayıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Novruz və Ramazan bayramları münasibəti ilə akademik və inziabti heyətin mükafatlandırılması nəzərdə tutulur. Məbləğ isə hələ məlum deyil. Polis Akademiyasından bildirilib ki, bayramlarla əlaqədar nazirlik və akademiya rəhbərliyi tərəfindən mütəmadi pul mükafatları verilir. Məbləği isə bildirilməyib. Azərbaycan Texnologiya Universitetindən (ATU) bildirilib ki, Novruz bayramı ərəfəsində əməkdaşlara pul mükafatı hər il verilir. Qarabağ Universitetinin (QU) əməkdaşları üçün bayramı münasibəti ilə mükafatlandırılması nəzərdə tutulub. Məbləğ isə hələ açıqlanmayıb. Azərbaycan İdman Akademiyasınında (AİA) əməkdaşları bayram münasibəti ilə mükafatlandırılıb. Azərbaycan Dövlət Aqrar Universitetində isə bayramlarla əlaqədar mükafatlandırılma nəzərdə tutulmayıb.