AZ

Floridada çimərlikdə ATIŞMA: Naməlum şəxs AXTARIŞDADIR – VİDEO

Florida ştatının Daytona çimərliyində naməlum silahlı şəxs atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

ABŞ-nin Florida ştatında yerləşən Deytona-Biç (Daytona Beach) çimərliyində naməlum şəxs ətrafdakılara atəş açıb.

Məlumata görə, insidentlə bağlı dərhal hərəkətə keçən və hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı tapa bilməyiblər. Silahlı şəxs ərazidən uzaqlaşmağa nail olub.

Qeyd edək ki, ABŞ-də ictimai yerlərdə, xüsusən də insanların sıx toplaşdığı çimərlik və istirahət mərkəzlərində silahlı insidentlər tez-tez qeydə alınır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qaçan şübhəlinin şəxsiyyətini müəyyənləşdirmək və onu saxlamaq üçün ərazidəki təhlükəsizlik kameralarının qeydlərini araşdırır, genişmiqyaslı axtarış tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
29
1
interpress.az

2Mənbələr