Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
"Çelsi"nin vingeri Pedru Netu Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab matçından öncə ciddi cəzadan xilas olub.
QOL.az xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, UEFA intizam araşdırmasından sonra portuqaliyalı futbolçuya qarşı diskvalifikasiya qərarı çıxarmayıb. Ötən həftə Parisdə keçirilən ilk görüşdə topdaşıyan uşağı itələdiyi üçün araşdırmaya cəlb olunan 26 yaşlı oyunçu "qeyri-idman hərəkətinə" görə yalnız xəbərdarlıq alıb.
Qeyd edək ki, "Çelsi" - PSJ matçı martın 17-də Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.