AZ

Stavropolda DƏHŞƏTLİ ANLAR: Atraksion xarab oldu, insanlar başıaşağı ASILI QALDI

Stavropolda atraksion xarab oldu, insanlar başıaşağı asılı qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Stavropol şəhərindəki Qələbə parkında qorxulu hadisə baş verib. Şahidlərin verdiyi məlumata görə, parkdakı atraksionlardan biri qəfildən sıradan çıxaraq dayanıb.

Hadisə nəticəsində insanlar artıq bir neçə dəqiqədir ki, havada başıaşağı vəziyyətdə köməksiz qalıblar.

Hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. İnsanların təhlükəsiz şəkildə yerə endirilməsi üçün xilasetmə tədbirləri həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
119
interpress.az

1Mənbələr