AZ

Yunanıstan Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etməyəcək

Yunanıstan Hörmüz boğazında mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə hökumətinin sözçüsü Pavlos Marinakis açıqlama verib.

Onun sözlərinə görə, Yunanıstanın Hörmüz boğazında hər hansı hərbi əməliyyata qoşulması məsələsi gündəmdə deyil. Hökumət nümayəndəsi ABŞ tərəfindən mümkün təzyiqlər fonunda Yunanıstanın bölgəyə hərbi gəmilər göndərə biləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.

Pavlos Marinakis vurğulayıb ki, Afina yalnız Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi “Aspides” missiyasında iştirak edir. Bu missiya çərçivəsində Yunanıstan və İtaliya regionda gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Hökumət sözçüsü qeyd edib ki, sözügedən missiyanın aydın müəyyən edilmiş coğrafi sərhədləri var və o, Hörmüz boğazını əhatə etmir.

“Biz heç bir halda İranla müharibəyə müdaxilə etmək niyyətində deyilik”, – deyə hökumət rəsmisi bildirib.

Seçilən
0
3
ikisahil.az

4Mənbələr