AZ

Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə ölkənin yeni Ali Lideri Müctəba Xameneinin zəruri hesab etdiyi zaman ictimaiyyət qarşısına çıxacağını bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, Xətibzadənin sözlərinə görə, Müctəba Xameneinin səhhəti yaxşıdır və vəzifələrini yerinə yetirməyə davam edir.

"O, sağlamdır, idarə edir", - deyə xarici işlər nazirinin müavini qeyd edib.

Yeni liderin niyə hələ ictimaiyyət qarşısına çıxmadığı ilə bağlı suala cavab olaraq Xətibzadə qərarın Xameneinin özü və ya onun ofisi tərəfindən veriləcəyini vurğulayıb.

"O və ya onun ofisi belə bir qərara gəldikdə, bunu edəcəklər", - deyə o, əlavə edib və İran rəhbərliyinin "gizlənmədiyini" vurğulayıb.

Seçilən
7
1
bakivaxti.az

10Mənbələr