AZ

Litva Ukraynaya dəstək fonduna 10 milyon avro ayıracaq

Bakı. Trend:

Litva Ukraynanın bərpasına yönəlmiş Avropa İttifaqının UkraynaFondu proqramına 10 milyon avro həcmində maliyyə töhfəsiverəcək.

Trend xəbər verir ki, bubarədə Litvanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatyayıb.

Bildirilib ki, müvafiq saziş Brüsseldə Litvanın xarici işlərnaziri Kestutis Budris və Avropa İttifaqının genişlənmə məsələləriüzrə komissarı Marta Kos tərəfindən imzalanıb.

Məlumata görə, ayrılan vəsait Litvanın Ukraynada iştirak etdiyiprioritet istiqamətlərə yönəldiləcək. Bu istiqamətlərə təhsilinfrastrukturunun yenidən qurulması, mülki müdafiə sisteminingücləndirilməsi və məktəbəqədər təhsil sahəsində islahatlardaxildir.

Qeyd edək ki, Litvanın 2022-ci ildən etibarən Ukraynayagöstərdiyi ümumi yardımın həcmi 1,7 milyard avronu ötüb.

Seçilən
52
az.trend.az

1Mənbələr