AZ

Avropada doğum nisbəti azalır

Bakı. Trend:

Avropada doğum səviyyəsi son illərdə azalmaqda davam edir və butendensiya Avropa İttifaqının (Aİ) demoqrafik gələcəyi ilə bağlınarahatlıqları artırır.

Trend xəbər verir ki, sonstatistik məlumatlara görə, Aİ-də orta doğum göstəricisi hər qadınatəxminən 1,34 uşaq səviyyəsindədir ki, bu da əhalinin təbiiartımını təmin etmək üçün lazım olan 2,1 səviyyəsindən xeyliaşağıdır.

Məlumatlara əsasən, Avropa İttifaqı ölkələrində son illərdədünyaya gələn uşaqların sayı sürətlə azalır. Bu tendensiya bir çoxölkədə əhalinin qocalmasının sürətlənməsinə və gələcəkdə işçiqüvvəsinin azalması riskinin yaranmasına səbəb olur.

Statistikaya görə, Avropa İttifaqında nisbətən yüksək doğumsəviyyəsi Fransa və bəzi Şimali Avropa ölkələrində müşahidə olunur.İspaniya, Malta, İtaliya və Yunanıstan kimi ölkələrdə isə doğumgöstəricisi daha aşağı səviyyədədir, bir çox hallarda hər qadınadüşən uşaq sayı 1,2-dən də aşağıdır.

Rumıniyada da demoqrafik vəziyyət son illərdə pisləşməkdə davamedir. 2023-cü ildə hər qadına düşən doğum göstəricisi 1,54 olduğuhalda, 2024-cü ildə bu rəqəm 1,39-a enib. Bu azalma RumıniyanıAvropa İttifaqında doğum səviyyəsinin ən sürətlə gerilədiyiölkələrdən birinə çevirir.

Mütəxəssislər bildirirlər ki, Rumıniyada doğum səviyyəsininazalmasının əsas səbəbləri arasında gənclərin ailə qurmağıgecikdirmələri, iqtisadi qeyri-müəyyənlik, yaşayış xərclərininartması və geniş miqyaslı miqrasiya göstərilir.

Ekspertlərin fikrincə, mövcud demoqrafik tendensiya davamedərsə, Rumıniya yaxın onilliklərdə əhalinin sürətlə qocalması,əmək bazarında işçi qüvvəsinin azalması və sosial təminat sisteminətəzyiq kimi ciddi problemlərlə üzləşə bilər. Bu səbəbdən Avropaölkələrinin bir çoxu doğum səviyyəsini artırmaq üçün ailələrəmaliyyə dəstəyi, vergi güzəştləri və sosial proqramlar tətbiqetməyə çalışır.

Seçilən
100
2
az.trend.az

10Mənbələr