AZ

İranın cənubundakı Bəndər Abbasda güclü partlayışlar baş verib

Bakı, 17 mart, AZƏRTAC

İranın cənubunda yerləşən ən böyük liman şəhərlərindən biri olan Bəndər Abbasda bir neçə güclü partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Al Jazeera” telekanalı yayıb.

Məlumata görə, şəhərdə ən azı beş güclü partlayış qeydə alınıb. Partlayışların şəhərin konkret hansı ərazisində baş verdiyi, eləcə də liman infrastrukturunun hədəfə alınıb-alınmadığı barədə hələlik rəsmi məlumat verilməyib.

Seçilən
86
2
azertag.az

3Mənbələr