AZ

Əraqçi Uitkoffla danışıqları bərpa edib?

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi “Axios”un onun ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqəni bərpa etdiyinə dair xəbərini təkzib edib.

Bakıvaxtı.az  xəbər verir ki, Əraqçi bu barədə öz “X” hesabında məlumat verib.

"Mənim cənab Uitkoffla son əlaqəm onun rəhbərinin İrana qarşı növbəti qanunsuz hərbi hücumla diplomatiyanı məhv etmək qərarı verməsindən əvvəl olub".

Onun sözlərinə görə, bunun əksini göstərən hər hansı məlumat, görünür, yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, "Axilos" tərəfindən dərc olunmuş hesabatda İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun son günlərdə birbaşa əlaqəni bərpa etdiklərinə dair məlumat yer alıb.

Hesabatda bildirilir ki, Əraqçi və Uitkoff arasında müzakirə olunan məsələlərin nə dərəcədə əsaslı olduğu bəlli deyil, lakin bunlar müharibənin təxminən iki həftə əvvəl başlamasından bəri iki tərəf arasında ilk məlum əlaqələrdir.

Hesabata görə, Əraqçi Uitkoffa müharibənin bitməsini vurğulayan mesajlar göndərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
bakivaxti.az

2Mənbələr